Sabirabadda Şahnaz Şahinlə görüş keçirildi

Sabirabadda Şahnaz Şahinlə görüş keçirildi
4 iyun 2026
# 12:24

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib.

Kulis.az xəbər verir ki, İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin "Şəkkizinci not" adlı yaradıcılıq gecəsi və "Səkkizinci not", "Şahlar", "Qaraciyərinlə gülümsə" kitablarının təqdimat keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı, publisist, ədəbiyyat üzrə fəlsəfə doktoru Şəfəq Nasir, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, iş adamı, AYB-in fəxri üzvü Rəşid Süleymanov, yazıçı Yaqut xanım və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər müəllifin zəngin və çoxşaxəli ədəbi irsindən bəhs edərək, əsərlərindəki milli qürur və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairənin lirikası insan ruhunun dərinliklərinə nüfuz edərək, onun xəyallarını, ümidlərini və daxili iztirablarını incə bədii dillə əks etdirir.

Tədbirin sonunda şairəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Görüş çərçivəsində gənclər tərəfindən Şahnaz Şahinin sevilən şeirləri səsləndirilib.

# 843 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər