Sabir Rüstəmxanlı: "Yaşlılar rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər"

Sabir Rüstəmxanlı:  "Yaşlılar rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər"
7 yanvar 2023
# 14:20

Deputat Sabir Rüstəmxanlı 2023-cü ildə soyad sonluğundakı “ov”dan imtina olunmasını ilə bağlı irəli sürdüyü təklifə biganə qalan icra orqanlarına çağırış edib.

Kulis.az xəbər verir ki, xalq şairi bu barədə “facebook”da qeyd edib:

“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları "ov"suz, "yev" siz yazılsın. Soyad sonluqlarının milliləşməsi haqqına qərar Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib.

Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Məclisdə, həm mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, mətbuat nümayəndəsi bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər.

Təkcə Vətəndaş aktlarını qeydiyyat idarələri günahkar deyil, burada vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir. Yaşlılar vərdiş etdikləri rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burada bir qəsd var...”

# 4239 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər