Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya satıldı

Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya  satıldı
1 dekabr 2025
# 15:00

Rrəssam Piter Paul Rubensin itkin hesab edilən "İsa çarmıxda" tablosu Versal hərracında 2,3 milyon avroya satılıb.

Kulis.az xəbər verir ki, satış "Osenat" hərrac evində baş tutub.

Tablonun başlanğıc qiyməti 500 min avro, qiymətləndirilən dəyəri isə 1–2 milyon avro arasında olub. Alıcının adı açıqlanmayıb.

Təxminən 1620–1625-ci illərdə çəkilmiş əsərdə qaranlıq səma fonunda xaçda İsa Məsih təsvir olunub. Arxa planda Qolqofa görünür və buludların üzərində işıqlanmış Yerusəlim mənzərəsi açılır.

Qeyd edək ki, rəssamın əsəri 2024-cü ildə Parisin VI rayonundakı Monparnas yaxınlığında yerləşən və Lüksemburq bağının yaxınlığındakı bir mənzilin satışı üçün hazırlıq işləri aparılarkən aşkarlanıb. Əsər tapıldıqdan sonra aparılan ekspertiza 105,5 x 72,5 sm ölçülü palıd lövhəyə çəkilmiş əsərin orijinal olduğunu təsdiqləyib.

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər