Romada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
8 yanvar 2025
# 15:16

Yanvarın 23-dən 30-dək Romanın Medina Art Galereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti - Sülh naminə incəsənət" (Art of Cultural Diplomacy-Art for Peace) adlı qrup sərgisi açılacaq. Sərgi Azərbaycanın İtaliyadakı səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Kulis.az xəbər verir ki, sərgidə 22 gənc rəssam iştirak edəcək və onların 57 rəsm əsəri ilə yanaşı, gənc heykəltaraş Kənan Həsənquliyevin "Qarabağ cəngavəri" adlı heykəli də nümayiş olunacaq.

Sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını italyanların və İtaliyada olan turislərin diqqətinə çatdırmaqdır.

Sərginin açılış mərasimi yanvarın 24-də keçiriləcək. Sonda iştirakçı rəssamların hər birinə səfirlik tərərfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, bu, Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin İtaliyada sayca üçüncü sərgisidir. Mərkəz tərəfindən bu ölkədə təşkil olunan ilk sərgi 2012-ci ildə Romada, ikinci sərgisi isə 2014-cü ildə Milanda açılıb.

# 2446 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər