Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?
19 avqust 2025
# 15:10

19 avqust Osmanlı dövründə yaşamış türk şairi Tofiq Fikrətin ( Mehmet Tevfik Fikret) anım günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Tofiq Fikrət 26 dekabr 1867 – 19 avqust 1915- cillərdə İstanbulda dünyaya gəlib.

1888-ci ildə Qalatasaray liseyini bitirib və bir müddət Xarici İşlər Nazirliyində çalışıb.

1894–1915-ci illərdə Türk dili və ədəbiyyatı dərsləri verib.

İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc edib.

Türk şeirinə həm məzmun, həm də forma baxımından yenilik gətirib.

Türk ədəbiyyatında "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi olub.

"Sənət həyat üçündür" prinsipini həm nəzəriyyədə, həm də əməldə tətbiq edən ilk türk şairidir.

Zülm, fanatizm və istibdadı qətiyyətlə tənqid edib, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm edib.

Əsərləri qadağan edilsə də, gənclər və hərbçilər arasında əzbərlənib və yayılıb.

Ərəb-fars kəlmələrinin sıx istifadəsi dilini qəlizləşdirib, amma əsərləri Azərbaycanda böyük rəğbət qazanıb.

Azərbaycan şairləri Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarına ilham verib, şairlərimiz ondan bəhrələniblər.

Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərində başlıqlardan biri məhz onun bir beyti ilə verilib.

Azərbaycan alimləri tərəfindən yaradıcılığı öyrənilib və əsərləri "Seçilmiş əsərləri" adı altında Azərbaycan dilində nəşr olunub.

"Rübabi-şikəstə" (1900), "Tarixi-qədim" (1905), "Xaluqun dəftəri" (1911), "Rübabın cavabı" (1911), "Doxsan beşə doğru" (1912), "Həmşirəm üçün" və bir çox başqa əsərlər onun ən yaxşı əsərləri siyahısına aid edilir.

# 620 dəfə oxunub

Oxşar xəbərlər

İranlı rejissor İsraildə keçirilən film festivalına etiraz edib

İranlı rejissor İsraildə keçirilən film festivalına etiraz edib

17:59 25 noyabr 2025
Məşhur aktyor pərəstişkarlarından üzr istədi - Səbəb

Məşhur aktyor pərəstişkarlarından üzr istədi - Səbəb

17:40 25 noyabr 2025
“Fətəli xan Xoyski – 150”  adlı kitab sərgisi təqdim olundu

“Fətəli xan Xoyski – 150” adlı kitab sərgisi təqdim olundu

17:13 25 noyabr 2025
Müğənni Samirə Əfəndi Akif Nağını məhkəməyə  verəcək

Müğənni Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək

15:26 25 noyabr 2025
Paolo Sorrentino:  "Maradona məni rejissor olmağa ruhlandırdı"

Paolo Sorrentino: "Maradona məni rejissor olmağa ruhlandırdı"

14:30 25 noyabr 2025
"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

14:07 25 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər