Ramiz Rövşənin bu şeiri Avstriyada çap olundu – Mətn

Ramiz Rövşən, Xalq şairi

Ramiz Rövşən, Xalq şairi

27 oktyabr 2021
# 16:01

Xalq şairi Ramiz Rövşənin alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” şeiri Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalında yayımlanıb.

Kulis.az-ın verdiyi xəbərə görə, jurnalda şairin yaradıcılığı haqqında məlumat da yer alıb.

Xatırladaq ki, şeir Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində işıq üzü görüb.

Şeirin orijinalını təqdim edirik.

Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,

Bağrımızın başını da

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?

Bələk nədi, kəfən nədi?

Bu dünya öz kefindədi

Yağış yuyur, gün qurudur.

...Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur, gün qurudur...

# 4376 dəfə oxunub

Oxşar xəbərlər

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
Donald Tramp  “təlxək” adlandırıldı - Elvis Presliyə görə

Donald Tramp “təlxək” adlandırıldı - Elvis Presliyə görə

11:50 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər