Ramiz Quliyevin xatirə gecəsi keçirildi

Ramiz Quliyevin xatirə gecəsi keçirildi
20 fevral 2026
# 14:00

Fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə Ramiz Quliyevin Azərbaycan musiqi sənətində müstəsna xidmətlərindən danışıb.

O bildirib: “Ramiz Quliyev Azərbaycan tar ifaçılığı məktəbinin parlaq simalarından biridir. Onun çoxşaxəli yaradıcılığı təkcə ifaçılıqla məhdudlaşmayıb, həm də pedaqoji və elmi fəaliyyəti ilə zəngin olub. Sənətkarın irsi gələcəkdə də geniş araşdırılacaq, ona həsr olunan elmi işlər, dissertasiyalar və məqalələr davam etdiriləcək. Çünki belə sənətkarların yaradıcılığı tükənməz xəzinədir”.

Tədbirdə çıxış edən Xalq artisti, professor Siyavuş Kərimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin zəngin yaradıcılıq yolundan, Azərbaycan tar ifaçılığı məktəbinin formalaşması və təkmilləşməsində göstərdiyi xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, sənətkarın çoxillik pedaqoji fəaliyyəti nəticəsində yeni ifaçılar nəsli yetişib. Onun səhnə mədəniyyəti, repertuar seçimi və interpretasiya üslubu bu gün də gənc musiqiçilər üçün nümunədir.

Gecədə Əməkdar artistlər Ramil Qasımov, Vüsal İsgəndərzadə, Qoçaq Əsgərov, Bəyimxanım Vəliyeva, Mərkəzin solistləri Kamal Nuriyev, Elgiz Əliyev və digərləri çıxış ediblər.

Ramiz Quliyevin oğlu, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, onun sənət prinsipləri və yaradıcılıq irsindən söz açıb.

Gecəni Mərkəzin solisti, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Ansamblın tərkibində tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada isə Amil Mustafayev çıxış ediblər.

Konsert proqramında sənətkarın repertuarından seçilmiş əsərlər və Azərbaycan bəstəkarlarının kompozisiyaları səsləndirilib.

Xatirə gecəsi Ramiz Quliyevin zəngin sənət yoluna ehtiramın ifadəsi olmaqla yanaşı, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdar hadisə kimi qiymətləndirilib.

# 967 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər