“Qurd Əfsanəsi” tamaşası festivalda 3-cü yerə layiq görüldü

“Qurd Əfsanəsi” tamaşası festivalda 3-cü yerə layiq görüldü
1 dekabr 2022
# 16:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə həyata keçirilən “4.4 Qısa tamaşalar” festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, Festivalda Səhnə teatrının “Qurd Əfsanəsi” mono tamaşası 3-cü yerə layiq görülüb. "Qurd əfsanəsi" tamaşası dilindən və dinindən asılı olmayaraq yer üzündə müəyyən sərhədlər daxilində yaşayan insanlara yardım edən, Tanrının göndərdiyi ilahi qüvvə kimi təqdim edilir. Tanrı Gög Qurdu şər qüvvələrə qarşı apardığı mübarizədə İnsana kömək etmək, yol göstərmək üçün səmadan yer üzünə göndərir... “ O qurd yenə gəldi, bizi qələbəyə aparan yolu göstərdi və xalqımız zəfər qazandı və ucadan səsləndi: Türkə toxunmasan o sənə toxunmaz! Türkə düşmən olma, Türklə dost ol! Yolumuz Turan yoludur!“ tamaşanın tamaşaçılarda yaratdığı əsas hisslərdən biri də məhz budur.

Mono tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Namiq Ağayevdir. Səhnə əsərində “Şaman” obrazında aktyor Vüsal Rzasoy oynayır.
Qeyd edək ki, festivalda birinci yerə pontamim teatrının “Şinel” tamaşası, ikinci yerə isə Gənc Tamaşaçılar Teatrının “İnanıram” tamaşaları layiq görülüb.

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər