Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edildi

Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edildi
9 may 2024
# 13:00

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi - xülasə”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Xatirələr, məktublar”, “Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Virtual sərgidə müharibə haqqında fotolar, nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Ənənəvi kitab sərgisində isə müharibə tarixinə dair əsərlər, faşizm üzərində tarixi qələbənin qazanılmasında qəhrəmanlıqla vuruşan xalqımızın mərd oğullarının həyat yolundan bəhs edən kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu

11:45 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər