Qax Dövlət Kukla Teatrına yeni direktor təyin olundu

Qax Dövlət Kukla Teatrına yeni direktor təyin olundu
28 iyun 2022
# 14:30

Qax Dövlət Kukla Teatrına direktor təyinatı olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Seymur Namazəli oğlu Vəliyev (Seymur Elsevər) teatra yeni rəhbər təyin edilib.

Seymur Vəliyevi kollektivə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova təqdim edib.

Seymur Elsevər 1970-ci ildə Bərdə rayonunda anadan olub. 1992-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu rejissor, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) teatrşünaslıq ixtisasları üzrə bitirib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında, habelə Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.

Eyni zamanda müxtəlif mətbuat və teleradio qurumlarında fəaliyyət göstərib. Mədəniyyət və incəsənətin bir çox sahələri, o cümlədən teatr sənəti ilə bağlı yüzlərlə məqalə, resenziya, oçerk, müsahibə, portret yazıları, ssenari və verilişlərin müəllifidir.

ADMİU-da ədəbi iş və ekran dramaturgiyası, kino tənqidi, kino tarixi və s. fənləri tədris edib. “Media açarı” və “Qızıl qələm” mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

# 1892 dəfə oxunub

Oxşar xəbərlər

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər