Kitab sərgisi

Qatarda kitab təqdimatı keçirildi

Qatarda kitab təqdimatı keçirildi
10 noyabr 2022
# 15:40

Ölkədə ilk dəfə qatarda kitab təqdimatı keçirilib. "Parlaq İmzalar" nəşriyyatı yeni nəşr etdiyi "YOLDAŞ" seriyasının təqdimatını “Azərbaycan Dəmir Yolları”nın dəstəyi ilə Bakı-Gəncə-Bakı qatarında həyata keçirib. Təqdimatda oxucular, kitab və səyahət blogerləri iştirak edib.

Bu maraqlı təqdimatla bağlı nəşriyyatın rəhbəri Nurman Tariq fikirlərini “Kulis.az”a bildirib:

“İnsanların yollarda itirdiyi vaxtları dəyərləndirmələri və qazanca çevirmələri üçün dünya ədəbiyyatının "qısa və mükəmməl" əsərləri sırasından seçib nəşr etdiyimiz "YOLDAŞ" seriyasını məhz yolda təqdim etmək istədik. Əyani olaraq göstərmək istədik ki, ən yaxşı yol yoldaşı kitablardır.

"Kitab qatarı"nda oxucularımızdan, kitab və səyahət blogerlərindən, əməkdaşlarımızdan ibarət təxminən qırx nəfərlik bir heyətlə səyahət etdik. Təqdimatla yanaşı qatarda əyləncə proqramaları, musiqi ifaları, müxtəlif maraqlı seminarlar da baş tutdu. “Zəfər” bayramına təsadüf edən səyahətimiz çərçivəsində, eyni zamanda Gəncə turu da təşkil etdik, Gəncəmizin görməli yerləri ilə tanış olduq, eləcə də erməni terrorundan zərər çəkmiş yerlərə də baş çəkib əziz şəhidlərimizi yad etdik. Xoş xatirəsi uzun müddəti davam edəcək bu proses ümumilikdə 14 saat çəkdi və bu vaxtın necə gəlib-keçdiyini, doğrudan da, heç birimiz hiss etmədik. Bu səyahət həm də kitabın fərqli-fərqli insanları necə doğmalaşdıra biləcəyini göstərdi. “Kitab qatarı” adlandırdığımız bu layihəni davam etdirmək niyyətindəyik.”

Bir 3 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Bir 8 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Bir 1 kişi, oturuyor ve iç mekan görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar, yürüyen insanlar, ağaç ve açık hava görseli olabilir

# 2803 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər