“Qarağ” qısametrajlı triller filminin dünya premyerası keçirildi

“Qarağ”  qısametrajlı triller filminin dünya premyerası keçirildi
15 noyabr 2023
# 12:50

Britaniyada yaşayan Azərbaycan əsilli kinorejissor və kurator Suad Qaranın quruluş verdiyi “Qarağ” (“Qaragh”) qısametrajlı triller filminin dünya premyerası Bakıda keçirilib.

Kulis.az xəbər verir ki, ekran işi XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunub.

Nümayişdən sonra rejissorun iştirakı ilə filmlə bağlı müzakirə aparılıb. Rejissor Suad Qara filmin yaranma tarixçəsi barədə söz açıb. “İsmayıllının kəndlərindən birinə istirahət üçün getmişdim. Kənd ərazisində gəzdiyim zaman XIII əsrə aid qəbiristanlıq gördüm. Orada müharibədə həyatını itirən insanlar uyuyurdu. Bu mənzərəni görəndə fərqli hisslər keçirdim. Filmin ideyası da belə yarandı. Filmə baxanlarda sözügedən kənd və adətlər maraq doğurur.

Müharibənin travmaları ilə yaşayan nə qədər adam var. Həmin şəxslər müharibədən qayıdanda biz onları qəhrəman adlandırırıq. Ancaq onlar qəhrəmanlıqla bərabər bu travmaları da içlərində daşıyır. Adam ruhi sakitlik axtaranda ailəyə sarı gedir və düşünür ki, orda dinclik tapa biləcək. Filmin çəkilişlərinə başlamadan öncə bu mövzuda xeyli müsahibələr oxumuşuq, müharibə iştirakçıları ilə söhbətlər aparmışıq. Filmin əsas mesajı ondan ibarətdir ki, müharibə travmaları heç vaxt yaddan çıxmır və onlarla yaşamağa məcburuq", - deyə rejissor bildirib.

Qeyd edək ki, “Qarağ” filmi ruhi rahatlıq tapmaq üçün ucqar doğma kəndində yaşayan anasına baş çəkməyə qərar verən “posttravmatik stres pozğunluğu” xəstəliyindən əziyyət çəkən keçmiş əsgərin hekayəsindən bəhs edir. O, kənddə meşənin ortasındakı XIII əsr qəbiristanlığının içərisində məbədin ətrafında qurulan mistik bahar təmizləmə ritualında iştirak edir və burada sirli kiçik bir qızla qarşılaşır. Bu məsum alter-eqo onu daxili cinləri ilə üz-üzə qoyur. Keçmiş əsgər xilas olmaq üçün çətin bir yola çıxır...

“Astar Productions”ın istehsalı olan filmin aktyor heyətində Orxan İskəndərli, eləcə də həvəskarlar yer alıblar.

Kinorejissor Suad Qara hazırda “WEMW Trieste Co-Production Forum” üçün seçilən “Hotel Diana” adlı debüt filmi üzərində işləyir.

AZƏRTAC

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər