"Qarabağ"ın qələbəsinə sevinməyən vicdansızlar

"Qarabağ"ın qələbəsinə sevinməyən vicdansızlar
5 noyabr 2021
# 11:36

Anadır arzulara hər zaman "Qarabağ"...

Dünən, noyabrın 4-ü, 4-cü gün və 4-cü turda “Qarabağ”ımız səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşdı. Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”, Konfrans Liqasının IV turunda meydanda, soyuq havada İbrahima Vadji və Abdullah Zubirin qolları ilə rəqibinə 2:1 hesablı qələbə ilə qalib gəldi. Və biz də sevindik.

Sevindik demişkən, onsuz da, bu xalqın futbol sevincini və xoşbəxtliyini illərdir öz çiyinlərində daşıyan yeganə klub Qurban Qurbanovun rəhbərlik etdiyi komandadır. Amma bu qələbəni həzm edəcək vicdan yiyəsi olmayan adamlar da var. “Qarabağ” uduzanda olur Ağdam təmsilçisi, udanda olur ölkənin fəxri. Mən bunu heç cür başa düşmürəm. Adam necə öz ölkəsinin komandasının qlobal miqyaslı uğuruna sevinə bilməz, sevinmək istəməz? Elə adamlar getsinlər, qurban olsunlar Qurbanın bir gülüşünə. O güləndə, bütün Azərbaycan xalqı da gülür.

Üstəlik, “Bazel” klubunun səfərdə Omonia ilə 1:1 hesablı bərabərliyə razı olması “Qarabağ”ı qrupda həm liderliyə yüksəltdi, həm də qrupdan çıxmağını rəsmiləşdirdi.

Futbol Azərbaycanın ciddi və böyük problemlərindən biridir.

Mən hər dəfə milli komandanın oyununa böyük ümidlərlə gedib, suyu süzülmüş formada qayıdıram. Və bu hal, minlərlə insanın başına gəlir. Biz hər zaman dəstəyimizi verəcəyik, amma sizin də bu insanları bu qədər üzməyə haqqınız yoxdur axı. Həyat, onsuz da əziyyətlidir, heç olmaya milli komandanın qələbələrinə sevinək.

Mənim üçün dünyada ən kədərli mənzərə komandasına dəstək olmağa gəlmiş bir azarkeşin hələ oyun bitməmiş stadiondan çıxıb getməyidir. Bu mənzərə məni dəhşətli dərəcədə qüssələndirir. Dünya gözümdən düşür, axı ümid ən sonda ölür... Ümidin ölməyinin əyani sübutudur bu mənzərə.

Azərbaycanı bir qartala bənzətsək (şərti olaraq yox), futbol onun yaralı qanadıdır. Bu qanadı sarımaq, düzəltmək üçün dövlət əlindən gələni əsirgəmir. Təsadüfi demirəm. Bu yaxınlarda prezident İlham Əliyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov ilə yeni stadionun açılış etdi. Hətta Prezidentimiz Elxan Məmmədovun qoruduğu qapıya on bir metrlik cərimə zərbəsindən qol da vurdu. Di gəl ki, futbolumuz inkişaf etmir və biz dünya səviyyəsində, dünya miqyasında futbol oynaya bilmirik.

Gəlin kefimizə soğan doğramayaq. “Qarabağ”ın əzmkar qələbəsi münasibətilə futbol azarkeşlərini bir daha təbrik edirəm.

“Qarabağ” bu mövsüm Avrokuboklarda məğlub olmayıb:

10 oyun:

7 qələbə

3 bərabərlik

Çox əla statistikadır. Arzulayaq ki, ardı gəlsin!

# 6570 dəfə oxunub

Oxşar xəbərlər

"APA Group"  media turnirinə qələbə ilə başladı

"APA Group" media turnirinə qələbə ilə başladı

13:40 5 oktyabr 2025
"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

12:00 5 oktyabr 2025
Şair Əlisəmid Kür xəstəxanadan evə buraxılıb - Vəziyyəti ağırdır

Şair Əlisəmid Kür xəstəxanadan evə buraxılıb - Vəziyyəti ağırdır

10:00 5 oktyabr 2025
Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirildi

Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirildi

23:35 4 oktyabr 2025
"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər