“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olundu

“Qarabağın incisi Şuşa”  kitabı Bosniya və Herseqovinada nəşr olundu
13 may 2024
# 14:30

Dövlət Tərcümə Mərkəzinin 2022-ci ildə ölkədə elan olunan “Şuşa İli”nə töhfə olaraq ərsəyə gətirdiyi “Qarabağın incisi – Şuşa” kitabı Sarayevoda nəşr edilib.

Kulis.az xəbər verir ki, kitabda Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılan Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub.

“Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası”, “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edən nəfis tərtibatlı kitab-albom Bosniya və Herseqovinanın zəngin ənənəli “Yesari Qrup” nəşriyyatında işıq üzü görüb.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, bosniya dilinə tərcümə müəllifi isə tanınmış tərcüməçi Admira Cosoviçdir.

# 1698 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər