"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol
28 avqust 2025
# 12:03

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

2020-ci il, sentyabr ayı... Səhər açılıb, eyni qaydada günə başlayırıq. Səhər idmanı, dişlərini fırçala, əl-üzünü yu, çay iç. Deyəsən, bu da sıravi günlərdən biri olacaq. İlahi, maraqlı nəsə yoxdur?!

Televizoru açıram, Hikmət Hacıyev mediaya açıqlama verir: “Ermənistan silahlı qüvvələrinin çoxsaylı təxribatlarının qarşısının alınması üçün Azərbaycan Respublikası Ali Baş Komandanının əmrilə bu gün səhər saatlarından etibarən bütün sərhəd boyunca hərbi əməliyyatlara başlayıb".

Ay Allah, maraqlı deyəndə bunu nəzərdə tutmamışdım axı...

Bütün ağrılarla, itkilərlə, yanğılarla torpaqların azad olunma xəbəri gəlir. Başımı yerə qoyuram, qibləyə tərəf çevrilirəm:

“İlahi, sənə şükür. Qardaşım hədərə şəhid olmayıb. Köhlən atlar artıq azadlıqda qaça biləcək, deyəsən”.

Dünən milli qürurumuz "Qarabağ" üçün də tarixi an idi. Bu, sadəcə iki komandanın qarşılaşması deyildi. Yenə də təxribatlar baş verdi. Qarabağı “erməni klubu” adlandırmışdı rəqib komanda. Amma döyüş meydanında sözünü deyəndən sonra, masada da sən deyənə qulaq asırlar, idmanda da, hər yerdə də. Beləcə, üzr də istədilər. Əvvəlki dövrlərə qalsa, bayraq yandırıb, oyun içində oyun çıxarardılar.

31.000 azərkeş var idi. Stadion ağzına kimi dolu idi. Bu, sadəcə, “Köhlən atlar”ın sıravi pley-off mərhələsi oyunu deyildi. Bu, torpaqlarını azad etmiş müstəqil bir ölkənin komandasının mübarizəsi, namusunu, şərəfini ləkədən qurtarmış xalqın izlədiyi qarşılaşma idi.

Mən də stadionda idim və təəssüratlar çox möhtəşəm idi.

Rəqibin ilk qolundan sonra belə azərkeşlərin daha da ucadan qışqırıb, “Qarabağ! Qarabağ!” deyə dəstək göstərməsi komandamıza olan sevgimizin, 30 ildən çox səbr etmiş millətin belə şeylərə dözümlü olduğunun, cavab verilə biləcəyinin göstəricisi idi.

Hər halda, yanıltmadı bizi Qarabağımız. Köhlən atlar kimi sürətli şəkildə cavab verdik, hətta cavabdan da o yana, önə keçdik.

Hesab 2-1 idi. Həyəcandan ürəyimizi sinəmizdən çox qulaqlarımızda, başımızda, topuğumuzda hiss edirdik. 8 noyabra bir gecə uzağıq elə bil.

2-2… Rəqib hesabı bərabərləşdirir.

“Lənət şeytana, uşaqlar, ayılın. Hələ “müharibə” bitməyib - ürəyimdə deyirəm”. Düşünərkən 3-2... Əgər birini də vursalar, oyunu uduzduq. Psixoloji üstünlük rəqibdədir. Bir anda “İmarətdən” səs yüksəlir: Şəhidlər ölməz, Vətən bölünməz. Sanki ilahidən bir güc gəlir. Əks hücumlarımız artır. Bunlar son anlardır, artıq rəqibin beli bükülüb. Biz isə hələ də dayanmırıq.

Baş məşqçimiz Qurban Qurbanov da buna hazır imiş, əmin oldum. O, məharətli ordu komandanı kimi təcrübəsini istifadə etdi. Planını çoxdan hazırlamışdı. Təmkin göstərməyi, təzyiqi öldürüb rəqibi yormağı tapşırmışdı. Bəli, hakim fiti səsləndirdi. Rəqib artıq təslimdir. Qələbə bizimdir.

Hər kəs sevinir, biri-birini təbrik edir. "Qarabağ!" şüarları dayanmaq bilmir. Sosial şəbəkələri də "Qarabağ"ın, bayrağımızın şəkilləri bürüyüb. Qarabağ adını oxuyuruq hər yerdən. Və oxuduqca fikir verirəm ki, bu söz beş il ərzində necə tamamilə dəyişdi, başqa mənaya büründü, daha da qüdrətləndi, daha da bərkidi. İllər əvvəl bu adın bizə ötürdüyü kədərdən, ağrı-acıdan əsər-əlamət qalmayıb. Bu ad yenidən doğulub, cilalanıb, parladılıb, şuxlaşıb.

İndi Qarabağ sözü şüuraltımızda "qələbə" sözüylə səsləşir, qafiyələnir.

Dünən "Qarabağ" komandası da bizə bir daha bunu sübut elədi:

Qarabağ adının üstündən qara buludlar çoxdan götürülüb, biz o "buludları" qovmuşuq, səmamıza Günəşi yenidən qaytarmışıq.

Təşəkkürlər, "Qarabağ"!

Yaşasın Qarabağ!

# 1793 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər