Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi
4 fevral 2026
# 14:30

Fevralın 4-də Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və dahi bəstəkarın irsinə göstərdiyi yüksək dövlət qayğısından danışıb.

O, Qara Qarayev yaradıcılığının gənc musiqiçilər və tədqiqatçılar üçün tükənməz mənbə olduğunu vurğulayıb.

Daha sonra böyük sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində, həmçinin Prezident Kitabxanasının hazırladığı, dünyaşöhrətli bəstəkar Qara Qarayevə həsr olunmuş virtual sərgi təqdim olunub.

Dəyirmi masa ətrafında mədəniyyət, elm və incəsənət xadimlərinin çıxışları dinlənilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova, bəstəkar Azad Zahid, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Leyla Quliyeva, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydın və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədr müavini Riad Quliyev Azərbaycan musiqisində modernizmin əsasını qoyan dahi bəstəkarın yaradıcılıq fəlsəfəsindən, dünya miqyaslı əsərləri ilə Şərq və Qərb mədəniyyətləri arasında yaratdığı mənəvi körpüdən və yetişdirdiyi bütöv bir bəstəkarlıq məktəbinin bu gün də Azərbaycan mədəniyyətini beynəlxalq arenada layiqincə təmsil etməsindən bəhs ediblər. Çıxışlarda Qara Qarayev fenomeninin dünya musiqi xəzinəsindəki əvəzolunmaz yeri xüsusi vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

# 1130 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər