Qadın müəlliflər üçün ssenari emalatxanası yaradılır

Qadın müəlliflər üçün ssenari emalatxanası yaradılır
29 avqust 2022
# 17:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinə başlayır.

Kulis.az xəbər verir ki, sentyabr, oktyabr aylarını əhatə edəcək layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən qadın müəlliflər üçün nəzərdə tutulub. Bakı mərhələsinin dərs saatları və günləri iştirakçılar və təlimçinin ortaq qərarı ilə müəyyənləşdiriləcək.

Layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən, o cümlədən, qaralama formasında da olsa, yazı işi olan və bu layihələrin daha əhatəli işlənməsinə ehtiyacı olan qadın müəlliflər üçündür.

Şəki mərhələsində ilkin biliklərin gücləndirilməsi və əhatələndirilməsi nəzərədə tutulursa, növbəti Bakı mərhələləri müəlliflərin ssenarisi üzərində praktiki iş üçündür.

Layihədə iştirakın şərtləri aşağıdakılardır:

(Əmin olun ki, layihəyə müraciət etməzdən əvvəl şərtlərlə yaxından tanış olmusunuz)

- Müraciətçi 23 yaşdan yuxarı olmalıdır.
- Ssenarist olmaq istəyən,ən azı qaralama formasında ssenarisi olan namizəd
(rejissor, müxbir, jurnalist, yazıçı və hətta bu sahədə müəyyən baza bilikləri olan gənc müəllif)
- Ssenari üzrə daha çox ixtisaslaşmağa ehtiyacı olan yaradıcı şəxs.
- Müraciətçi indiyə qədər ssenari üzrə ən əsas baza biliklərə sahiblənməlidir.
- Yazı nümunəsi ya qısametraj bədii film üçün ssenari (və ya hekayə) və ya tammetraj filmin 5-12 səhifəlik tritmenti üçün nəzərdə tutulmalıdır.
- Nümunənin loqlayn, sinopsis və ideya forması ilkin mərhələ versiyasında olsa da, hazır olmalıdır.
- Peşəkar ssenarist kimi fəaliyyət göstərən müraciətçilər layihəyə müraciət edə bilməz.
- İştirak pulsuzdur. Layihənin hər üç mərhələsinin ödənişləri təşkilatçılar tərəfindən ödənilir.
- Bütün müraciətlər seçim komitəsi tərəfindən dəyərləndiriləcək. Əmin olun ki, bütün suallar əhatəli cavablandırılıb. Əks halda komitə yarımçıq müraciət forması doldurulduğu üçün müraciəti avtomatik olaraq seçməmək hüququnu özündə saxlayır.

Layihənin seçim prosesi aşağıdakı kimi baş tutacaq.

1. Yazılı müraciət forması.
2. 1-ci mərhələni uğurla başa vuran namizədlərin müsahibə mərhələsinə dəvət edilməsi.
3. Finalistlərin müsahiblər arasından seçilərək elan edilməsi.

Layihənin icra müddəti aşağıdakı kimidir.

1. Birinci Şəki mərhələsi.
2. İkinci praktiki Bakı mərhələsi.
3. Üçüncü nəzəri və tətbiqi Bakı mərhələsi
4. Dördüncü layihələrin juri qarşısında təqdimat mərhələsi.
5. Bağlanış və sertifikatların təqdim olunması.

Hər hansı sualınız yaranarsa [email protected] email ünvanına öz suallarınızla müraciət etməkdən çəkinməyin.

Layihəyə müraciət linki: https://bit.ly/3TbLPaS

Layihəyə müraciət üçün son tarix 6 sentyabr 2022-ci ildir. (6 sentyabr da daxil olmaqla)

# 1611 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər