Praqada Azərbaycan mədəniyyəti sərgisi açılıb

Praqada Azərbaycan mədəniyyəti sərgisi açılıb
26 may 2025
# 10:00

Çexiyanın paytaxtında Marqarita Kərimova-Sokolovanın “İncəsənət səyyahları” adlı sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycanın Müstəqillik Gününə və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.

Təntənəli açılış mərasimi Azərbaycanın Dövlət himninin alt ifasında solo çıxışla başlayıb.

Açılış nitqində Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyim müəllifi olduğu bu layihənin konsepsiyasından danışıb və Hacıbəyli qardaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasındakı rolunu qeyd edib.

Ekspozisiyada “Səyyahlar” adlı qrafik silsilə xüsusi yer tutub. Bu əsərlər insanın daxili və mədəni səfərlərinə, ümumbəşəri təcrübəyə həsr olunub.

Qeyd edək ki, sərgidə, həmçinin Dmitri Dadaşidzenin tərcüməsində Azərbaycan poeziyasının antologiyasına və Nadejda İsmayılovanın hekayələrinə çəkilmiş illüstrasiyalar nümayiş olunub.

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər