Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar
20 avqust 2025
# 15:50

20 avqust görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazi Hacıbəyovun doğum günüdür.

Kulis.az bu münasibətlə maestronun həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Niyazi Tağızadə Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub.

Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.

Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyüyüb.

Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə - Hacıbəyov soyadını öz seçimi ilə götürüb.

Niyazi ilk təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində başlayıb, amma atası və əmisi Üzeyir Hacıbəylinin məsləhəti ilə bəstəkarlığa yönəlib.

O, Azərbaycanda simfonik muğamın banisidir. 1949-cu ildə yazdığı “Rast” simfonik muğamı Azərbaycan musiqisinin şah əsərlərindən sayılır, bir çox xarici ölkələrdə ifa olunub və qrammofon valına yazılıb.

Eyni zamanda milli simfonizmin qurucusu hesab olunan sənətkar Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri olub.

SSRİ məkanının ən nüfuzlu dirijoru olan Niyazi 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı olub.

Onun dirijorluğu ilə hazırlanan baletlər Parisin “Qrand-Opera” və Londondakı “Kovent-Qarden” teatrlarında tamaşaya qoyulub.

Müqavilə əsasında xarici ölkələrdə çalışmaq təklifi alan bəstəkar Türkiyəni seçib, orada quruluşçu - dirijor kimi çalışıb

Ankara Opera və Balet Teatrında Çaykovskinin “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, Verdinin “Aida”, İstanbulda isə Ə.Sayqunun “Koroğlu” operasına ilk quruluş verib.

D.Şostakoviç, Ş.Q.Şarayev, K.Sekki kimi tanınmış sənətkarlar onun sənətini yüksək dəyərləndiriblər.

O, 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Sənətçi həmçinin“Konsert valsı”, fortepiano üçün konsert, “Təbrizim”, “Dağlar qızı”, “Arzu” kimi əsərlərin müəllifidir.

“Vaqif”, “Almaz”, “Dağılan tifaq” tamaşalarına, eləcə də “Almaz”, “Kəndlilər”, “Fətəli xan” filmlərinə musiqi bəstələyib.

1979-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin edilib.

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər