Payız - Günel Yaz yazır

Payız - Günel Yaz yazır
9 noyabr 2023
# 11:42

Kulis.az Günel Yazın yazısını təqdim edir.


Payız fəslinin şəninə bu günə qədər saysız-hesabsız şeirlər yazılıb, poeziyanın bütün qatlarında tərif deyilib, bir fərdin keçirə biləcəyi bütün hisslər tərənnüm olunub.

Düşünə bilərik ki, bu gün payızdan başqa nə yazıla bilər? Axı bu, elə mövzudur ki, yaradıcılığında ona yer verməyən yoxdur. Bu da təbii qarşılanmalıdır. Çünki payız elə bir fəsildir ki, bu zaman sanki insan özü ilə, dərdləri ilə tək qalır, özü ilə söhbətləşir, MƏNinin dərinliyinə enir.
Ancaq bu gün payız fəsli mənim üçün tam başqa məna ifadə edir. Ağacların tökülən saralmış yarpaqları nəzərimdə yeni bir həyatı, başlanğıcı oyadır.

Azərbaycan Ordusu 2020-ci ilin sentyabrnda - payız fəslində düşmənin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlamış, 44 günlük Vətən müharibəsi ilə əzəli torpaqlarımızı mənfur düşmənin tapdağından azad etmiş, XXI əsrin yeni qəhərmanlıq salnaməsini yazmışdı.
Payız artıq bizim üçün yağışın islatdığı torpağın qoxusu ilə deyil, igid oğullarımızın o islanmış torpağa tökülən qanlarının qoxusu ilə sinxronizə olunur.

Yağışın altında düşmənə müqavimət göstərən qəhrəmanlarımızın torpağa tökülən qanları o quru torpağı Vətənə çevirən qızıl rəmzdir. İllərlə yağışın canlandıra bilmədiyi o torpaqlar həmin qanlarla islandı, cücərdi və Vətən oldu.

Şairin dediyi kimi, torpaq, uğrunda ölən varsa, Vətəndir! Ağacların saralmış yarpaqları torpağa düşür və bu düşüş yenidən dirilişin simvoludur. O yarpaqlar neçə-neçə oğullarımızın qanı ilə qarışaraq yenidən yaşarır, köklərilə Vətən torpağını sarıb sarmalayır.

Payız... Bu fəsil artıq mənim üçün sadəcə payız deyil, Vətənimin oyanışıdır!

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər