“Paris Notr-Dama ithaf” tamaşası göstəriləcək

“Paris Notr-Dama ithaf” tamaşası göstəriləcək
4 mart 2022
# 19:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq 10 mart – Milli Teatr Günündə, həmçinin 13 və 27 mart tarixlərində saat 19:00-da “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.

2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edirlər.

# 2581 dəfə oxunub

Oxşar xəbərlər

Öz ağlından istifadə edəcək cəsarətin olsun! - İmmanuel Kantın essesi

Öz ağlından istifadə edəcək cəsarətin olsun! - İmmanuel Kantın essesi

11:40 22 aprel 2026
Lenin mavzoleyinə giriş bağlanır

Lenin mavzoleyinə giriş bağlanır

11:00 22 aprel 2026
1000-dən çox sənətçidən "Avroviziya-2026"ya boykot çağırışı: Səbəb İsraildir

1000-dən çox sənətçidən "Avroviziya-2026"ya boykot çağırışı: Səbəb İsraildir

10:40 22 aprel 2026
Əfsanəvi qrupun qurucusu vəfat etdi

Əfsanəvi qrupun qurucusu vəfat etdi

10:20 22 aprel 2026
Unudulmuş bir şair – Nabokovun hekayəsi

Unudulmuş bir şair – Nabokovun hekayəsi

10:06 22 aprel 2026
Həmid Herisçi:  "Poeziyanı satanları vətən xainlərindən daha təhlükəli bilərəm" - Müsahibə

Həmid Herisçi: "Poeziyanı satanları vətən xainlərindən daha təhlükəli bilərəm" - Müsahibə

10:00 22 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər