Kitab sərgisi

Pantomima Teatrındakı mənimsəmə ilə bağlı yeni qərar

Pantomima Teatrındakı mənimsəmə ilə bağlı yeni qərar
8 aprel 2024
# 12:54

Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan kadrlar şöbəsinin sabiq müdiri Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Ramiz İsmayılov ifadəsində təqsirləndirilən şəxsin qardaşı olduğunu deyib. O, teatrda bir çox şəxslərin maaşlarının onun kartına köçürüldüyünü deyib: “Buna görə bacımla da dalaşmışam. Mühasib Nelli xanımla əlaqə saxlayanda deyirdi ki, vəziyyətim ağırdır. Ancaq özü Dubayda idi. Teatrda təqribən 35 işçi var, 15 nəfərin kartı yox idi".

Daha sonra teatyrın əməkdaşı, təqsirləndirilən şəxsin qohumu Lalə İsmayılova ifadə verib: "Mühasibin xərçəng xəstəsi olduğunu deyirdilər. Mənim də kartıma digər şəxsin maaşı köçürülüdü. Səbəbini bilmirdim".

Teatrın indiki baş mühasibi Səfəralı Dəmirli ifadəsində ondan öncə kartlarla bağlı problem olduğunu eşitdiyini deyib: "Mən teatra 2022-ci ildə təyin edilmişəm. Hadisələr məndən öncə olub. Nelli xanım xəstəliyi ilə bağlı işdən çıxdı. Ona görə də təhvil-təslim aktını imzalaya bilmədim. Bundan başqa, mən gələndə mühasibatlıqla bağlı sənədlər də yox idi. Bu barədə direktora və nazirliyə xəbər verdim. Direktor dedi sənədlər var, hamısı Nelli xanımdadır. Aytən xanımla birgə akt tərtib etdik. Mən eşitdiyimə görə, teatrın DSMF-yə borcu olduğuna görə kart problemi olub. 2023-cü ildən kart problemi həll edilib. Mən özüm də təzə gələndə 2 ay maaşı Aytən xanımdan almışam".

Sonda iş üzrə sonuncu şahid, teatrın keçmiş mühasibi Nelli Axundzadə ifadə verib. O, teatrda 2-3 nəfərin kartı olmadığını deyib: "Korrupsiyaya çağıranda təəccübləndim. Aytən yaxşı qız idi. Mənim bütün işlərimi o görürdü. Sənədləri emaillə Aytənə göndərirdim, banka gedə bilmirdim. Teatrda 43 nəfər işçi vardı. Onların 2-3-də kart problemi vardı. Qalanları maaşı kartla alırdı".

Təqsirləndirilən şəxsin vəkili Nelli Axundzadədən qızlarının teatrda işləyib-işləmədiyini soruşub. O isə vəkilin sualına belə cavab verib: “Qızlarımın adı teatrda gedirdi, işə gəlib-getmirdilər. Qızım Lalə bilet satırdı. O biri qızım Sevinc direktor müavini vəzifəsini icra edirdi. Direktorun bundan xəbəri var idi".

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsin ittiham olunduğu 308.2-ci maddənin (vəzifə səlahiyyətlərindən sui-istifadə) onun üzərindən götürülməsi ilə bağlı məhkəməyə təklif verib.

Hakimlər müşavirəyə gedib, müşavirədən sonra məhkəmə Aytən Kərimovanın üzərindən həmin maddənin götürülməsi ilə bağlı qərar çıxarıb.

Proses aprelin 15-də davam etdiriləcək.

Qeyd edək ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.

A.Kərimova teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

APA

# 1433 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər