Oskarı alan ilk azərbaycanlı oldu, prezidentliyə namizəd seçildi - Niyə qardaşı ilə ömrü boyu küsülü qaldı?

Rüstəm İbrahimbəyov, yazıçı-ssenarist, kinorejissor

Rüstəm İbrahimbəyov, yazıçı-ssenarist, kinorejissor

11 mart 2022
# 21:00

Kulis.az bu gün dünyasını dəyişən kinorejissor, ssenarist, Xalq yazıçısı Rüstəm İbrahimbəyov haqqında maraqlı faktları təqdim edir.

Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində dünyaya göz açıb. Ana tərəfdən Bakılı olan İbrahimbəyov məşhur Sultanovlar nəslindən idi. İsmayıl bəy Sultanov rejissorun anasının dayısı olub.

***

Azərbaycan Neft və Kimya İnsitutunu bitirəndən sonra bir neçə il elmi işlə məşğul olub, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. O, Neft İnstitutunu bitirdikdən 9 il sonra Bakıda kibernetika üzrə beynəlxalq qurultay baş tutur. Dünyanın ən nüfuzlu alimləri həmin qurultayda iştirak edirlər. Burada kibernetika üzrə Azərbaycandan yeganə məruzəni Rüstəm İbrahimbəyov edir.

Нет описания.

***

R.İbrahimbəyov kinodan əvvəl nəsrlə məşğul olub, müxtəlif səpkili əsərlər yazıb. Sonralar da başqa sahələrdə çalışsa da, nəsr yazmağı dayandırmır.

Нет описания.

***

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

***

1989-cu ildə əsası qoyulan “İbrus” teatrının təsisçisidir. 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.

***

7 iyun, 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2013-cü ilin 2 iyulunda birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust, 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.

Нет описания.

***

Rüstəm İbrahimbəyov iki dəfə ailə həyatı qurub. 1972-ci ildə, onun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyovadan Fuad İbrahimbəyov adlı oğlu dünyaya gəlib.

***

1974-cü ildə, ikinci həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası, Xalq artisiti Lyudmila Duxovnayadan isə Fatimə İbrahimbəyova adlı qızı dünyaya gəlib.

***

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi 1994-cü ildə "Ən yaxşı xarici dilli film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

***

Həmçinin ssenari müəllifi olduğu "Urqa – məhəbbət dairəsi" filmi Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, 1992-ci ildə isə ən yaxşı xarici dildə tərcüməyə görə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.

***

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız rejissoru Regis Vargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

Нет описания.

***

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olmuşdu.

***

2015-ci ildə Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu "Qafqaz üçlüyü" adlı filmi Azərbaycanda müzakirələrə yol açıb.

***

2013-cü ilin fevralında R.İbrahimbəyov yazıçı Əkrəm Əylisliyə qarşı kampaniyanı qətiyyətlə pisləyib.

Rüstəm İbrahimbəyov: “Bir-iki həftədən sonra Qarabağ məsələsi xeyrimizə  həll olunacaq” - MÜSAHİBƏ

***

Rüstəm İbrahimbəyov uzun illər qardaşı Maqsud İbrahimbəyovla küsülü olub. Onların incikliyinin səbəbi məlum olmasa da, qardaşlar 2015-ci ildə barışıblar. Bu haqda müsahibələrinin birində Maqsud İbrahimbəyov deyir:

“Son bir neçə ayda Rüstəmlə tez-tez telefon əlaqələrimiz olur. Bir neçə müddət bundan əvvəl münasibətlərdə soyuqluq vardı. Ancaq indi bir-birimizin əhvalını soruşuruq. Telefon danışığı zamanı ancaq hal-əhval tuturuq”.

***

Rüstəm İbrahimbəyovun qızı prezidentin qızının layihəsində - Azinforum.az  İnformasiya Portalı

2020-ci ildə rejissorun qızı Fatima İbrahimbəyova atasının ona yazdığı məktubu öz sosial hesabında yayımlayıb. Məktubda deyilir:

“Həyatın qaranlıq tərəflərindən utanma - bir işıq şüası da müxtəlif rənglərdən ibarətdir. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib başqasını itirərək yaşamağa çalışma. Yalnız özünü sevmə - tənhalıqdan qurtuluşun başqa yolu yoxdur. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da pis ola bilər. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət məcəlləsini də unutma. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər təkcə özünü sevmirsənsə. Unutma, həyatla vidalaşanda belə münasibətlərin aydınlanması istisna olunmur. Kremasiyaya (vəfat edən insanın öz vəsiyyətinə əsasən ölümündən sonra yandırılması, külünün saxlanılması ritualı - red) razılaşma – Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən. Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin. Qonaqlığın həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri. Sağlamlıq icazə verirsə... Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə - karantin gec-tez keçəcək”.

***

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada dünyasını dəyişib.

# 16328 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #