“Ön cəbhə əfsanələri...” kitabının təqdimatı keçirildi

“Ön cəbhə əfsanələri...”  kitabının təqdimatı keçirildi
23 sentyabr 2024
# 16:08

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə yazıçı-publisist, şair, Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova ölkə başçısının 19 sentyabr tarixli Sərəncamını diqqətə çatdırıb.

O bildirib ki, məhz sentyabrın 20-də 23 saat 43 dəqiqə davam etmiş və uğurla başa çatmış qısamüddətli antiterror əməliyyatı nəticəsində ordumuz parlaq Qələbə qazanıb.

“44 günlük Vətən savaşına və qısamüddətli antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş yeni nəşr kitabxananın “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlər unudulmur” və “Yaradıcı oxucularımız” layihələri əsasında müəlliflə birgə hazırlanıb. Kitab Vətən müharibəsi zamanı böyük şücaət göstərən şəhidlərimiz, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs edir”,- deyə əlavə edib.

Kitabın müəllifi Sevinc Ağa Xəlilqızı romanın əksər bölmələrinin şəhid Əmirulla Əliyevin həyat və döyüş yolundan bəhs etdiyini vurğulayıb. Onun sözlərinə görə, kitabda şəhidin kursant həyatı, müharibədə iştirakı, yazdığı şeirlər əks olunur. Həmçinin nəşrdə şəhid və qazilərimizə aid bölmələr də yer alıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, polkovnik Həmid Cəfərov, Beynəlxalq Sülh səfiri, kitabın hərbi məsləhətçisi, Qarabağ qazisi, polkovnik İlqar Hüseynov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova, şair Mələk Yazar da kitab haqqında fikirlərini bölüşüblər.

Şəhid qardaşlar İman və Bəhram Məmmədovların atası Elman Məmmədov, Əmrulla Əliyevin atası Vahid Əliyev şəhidləri, qazi və zabitlərimizi hər zaman diqqətdə saxladıqları üçün hər kəsə təşəkkür edib.

Tədbirdə şəhid Əmrulla Əliyevin həyat yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Bəstəkar Arif Səlimov yeni bəstələdiyi “Azərbaycan” mahnısını, Bakı Musiqi Akademiyasının magistrı Leyli Əşrəfi “Ey Vətən”, “Dayan zaman” əsərlərini, “Dastana dönən səs” mahnı müsabiqəsinin qalibi Günay Məmmədova “Sarı gəlin”, “Ay Laçın” xalq mahnılarını, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, müğənni Aybəniz Çələbi “Yaşa Azərbaycan” mahnılarını ifa ediblər.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlərini səsləndiriblər.

# 1939 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər