Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək

Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
23 oktyabr 2023
# 16:00

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək.Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, oktyabrın 29-da “Gülüstan” sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Musiqi Forumunda iştirak etmək istəyən şəxslər oktyabrın 26-dək onlayn müraciət forması vasitəsilə (https://culture.az/musiqiforumu) qeydiyyatdan keçə bilərlər.

# 1625 dəfə oxunub

Oxşar xəbərlər

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

13:30 6 mart 2026
Məşhur seriyadan iki yeni kitab çap olunacaq

Məşhur seriyadan iki yeni kitab çap olunacaq

12:00 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər