Oktay Kaynarca: "İttihamlara cavab verməyi lazımsız hesab edirəm"

Oktay Kaynarca: "İttihamlara cavab verməyi lazımsız hesab edirəm"
14 yanvar 2026
# 14:40

Türkiyədə aparılan əməliyyatlar çərçivəsində dünən saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan aktyor Oktay Kaynarca məsələ ilə bağlı ikinci açıqlamasını yayımlayıb.

Kulis.az xəbər verir ki, aktyor test nəticələrinin cavablarını ictimaiyyətlə bölüşəcəyini bildirib:

"Əvvəlcə yaşadığım proses ərzində haqqımda səsləndirilən ittihamlar qarşısında yanımda duran, dəstəyini hiss etdirən bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Bu, illərdir nə qədər düzgün bir mövqedə dayandığımın sübutudur. Bu prosesdə xüsusilə vəzifəsini qanun və nizam çərçivəsində, nəzakəti əldən buraxmadan yerinə yetirən hüquq-mühafizə orqanlarına da təşəkkür etməyi borc bilirəm.

Haqqımdakı ittihamlara bu mərhələdə cavab verməyi lazımsız hesab edirəm. Çünki Məhkəmə Tibb Qurumundan yaxın zamanda gələcək hesabat artıq kifayət qədər cavab olacaq. Hesabat gəldiyi anda onu ictimaiyyətlə şəxsən paylaşacağam. Bundan əlavə, narkotiklə mübarizə mövzusunda bu günə qədər iştirak etdiyim konfranslar gün kimi ortadadır.

Biz dövlətini və millətini sevən insanlarıq. Bu mövzuda bu günə qədər heç kimin şübhəsi olmayıb, olmayacaq və də olmasın. Narkotiklə mübarizə mövzusunda məhkəmə orqanlarının sonuna qədər arxasında olduğumu və hər cür fəaliyyətini dəstəklədiyimi ayrıca qeyd etmək istəyirəm.

Həqiqətlər gec-tez ortaya çıxacaq. Bu prosesdə arxamda duran və mənə inanan hər kəsə təşəkkür edir, sevgi və hörmətlərimi çatdırıram".

# 935 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər