Nyu-Yorkda Azərbaycan haqqında rəsm sərgisi açılıb

Nyu-Yorkda Azərbaycan haqqında rəsm sərgisi açılıb
19 noyabr 2022
# 16:00

Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Azərbaycan haqqında rəsm sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Sərgidə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilib.

Mərkəzinin rəhbəri Alyona Bədəlova bildirib ki, ənənəvi olaraq keçirilən sərgidə bu il xüsusi ilə Azərbaycanın tarixi zəfərini tərənnüm edən hadisələr öz əksini tapıb. Şagirdlər həmçinin öz əsərlərində ölkəmizin zəngin tarixindən, əlverişli təbiətindən, mədəniyyətindən və milli adət-ənənələrimizdən bəhs ediblər:

“Mərkəzimizdə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladları və amerikalı şagirdlər təhsil alır. Bizim art-studiyamız Azərbaycanda yaxşı tanınan heykəltəraş və rəssam Emin Quliyevin rəhbərliyi altında fəaliyyət göstərir. Şagirlərimiz ABŞ-da, qonşu ölkələrdə və bAzərbaycanda sərgilərə qatılır və çoxsaylı mükafatlar alıblar. Onlar artıq 7 ildir ki, hər il Nyu-York və Bruklin meriyasında keçirilən sərgilərdə iştirak edilər. Art-studiyamızı qurmaqda məqsədimiz Amerikada yaşayan uşaqlara Azərbaycanı tanıtmaqdır.

Onlar Azərbaycan rəqsləri, təbiəti, gözəllikləri haqqında rəsimlər çəkirlər. Şagirdlər çəkdikləri əsərlərin hekayələrini bilirlər. Ona görə də, bizim seçdiyimiz mövzular Azərbaycan üçün olduqca aktual olur. Bu vəsilə ilə biz onları Azərbaycan haqqında məlumatlandırırıq. Ötən sərgimiz uzun illər düşmən tapdağında qalan tarixi torpaqlarımız və zəfərimizin simvolu olan Şuşaya həsr etmişdik. Sərgimiz çox böyük maraqla qarşılandı. Şagirdlərimiz dəfələrlə Bakıya gedib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi müsabiqələr qatılıb və mükafatlar qazanıblar. Onların uğurları məni çox sevindirir”.

# 2517 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər