Nüvə əleyhinə fəal olan qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu

Nüvə əleyhinə fəal olan qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu
19 noyabr 2026
# 12:32

Sovet İttifaqının Semipalatinsk nüvə poliqonunun yaxınlığında qolsuz dünyaya gələn və nüvə əleyhinə fəal olan qazaxıstanlı rəssam Karipbek Kuyukov nüvə sınaqlarının insan və təbiətə vurduğu yaraları tabloları vasitəsilə dünyaya çatdırmağa davam edir.

Kulis.az xəbər verir ki, sənətçi səsli qeydləri əsasında ilk avtobioqrafiyasını nəşr etdirib.

1949–1989-cu illərdə Semipalatinskdə keçirilmiş 456 nüvə sınağının ağır nəticələrinin canlı şahidi olan Kuyukov əvvəlcə ayaqları ilə, yaşlandıqca isə fırça və qələmi ağzında tutaraq rəsm çəkir.

O, "İlk partlayış", "Nüvə göbələyi" və "Atom uşaqlığı" kimi əsərləri ilə nüvə təhlükəsinə diqqət çəkir, BMT-də keçirilən yüksək səviyyəli iclaslarda da çıxış edərək dünya liderlərinə müraciət edir.

Son illər təbiət mənzərələrinə daha çox üstünlük verən Kuyukov hələ də anasının portretini çəkməyə cəsarət etmədiyini bildirib.

# 41 dəfə oxunub

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti”  layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

12:00 19 noyabr 2026
Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?

Süni intellekt əsrindəki soyuqluq... - “Azəristiliktəchizat” nə vaxtacan sovetdənqalma təqvimlə işləyəcək?

12:00 19 noyabr 2026
ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

ABŞ-da ilin ən yaxşı kitabları seçildi – Viza ala bilməyən yazıçının çıxışını nümayəndəsi oxudu

11:43 19 noyabr 2026
Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı"  ilə təltif olunacaq

Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı" ilə təltif olunacaq

11:16 19 noyabr 2026
Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

10:48 19 noyabr 2026
Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı

10:23 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər