“Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edildi

“Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edildi
12 mart 2024
# 11:30

11 mart tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib.

Kulis.az xəbər verir ki, teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və el işlərinden ibarət sərgi nümayiş olunub.

Musiqili-nağıl tamaşada 1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyet IB əməkdaşlari və Uşaq yazarlarından Sevinc Nuruqızı ve Solmaz Amanova qonaq qismində iştirak ediblər. Tamaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş etdirilib. Tədbirin sonunda Bakı kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək iştirakçıları, xüsusi ilə uşaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və tədbtədb maraqlı proqramına görə təşəkkürlərini bildiriblər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri dəyərləndirməklə gələcək nəsilə ötürməkdir.

# 1996 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər