Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu
3 aprel 2026
# 18:07

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.

Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.

Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.

# 1212 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər