“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olundu

Nizami Gəncəvi

Nizami Gəncəvi

11 noyabr 2021
# 13:20

“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub.

Kürdəmir Regional Mədəniyyət İdarəsindən Kulis.az-a verilən məlumata görə, kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.

Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Regional İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” Regional İdarənin “Nizami Gəncəvi İli”nə töhfə olaraq nəşr etdiyi ikinci kitabdır. Daha öncə “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdu.

# 4188 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
Donald Tramp  “təlxək” adlandırıldı - Elvis Presliyə görə

Donald Tramp “təlxək” adlandırıldı - Elvis Presliyə görə

11:50 4 avqust 2026
Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

11:30 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər