Niyə mübahisə edirsiniz ki? - Ulucay Akif

Niyə mübahisə edirsiniz ki? - Ulucay Akif
11 aprel 2025
# 18:53

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Vay o gündən ki, ölkədə xırda-para nəsə hadisə baş verə. Bütün ölkə bölünür iki yerə, başlayırlar "mübahisə"yə, söyüşə, təhqirə. Hərdən mənə elə gəlir ki, bizim adamlar, biz azərbaycanlılar telefonu əlimizə kimisə təhqir eləmək üçün alırıq ancaq.

Küçədə gəzirsən, görürsən ki, kimsə telefonla danışır, qışqıra-qışqıra nəsə deyir dəstəyin o tərəfindəki adama, söyür. Marketdə, metroda, avtobusda hamı biri-birinin üstünə çəmkirir, hamı kiməsə nəyisə "sübut etməyə", kimisə alçaltmağa çalışır.

Sosial şəbəkələrə girirsən, yenə eyni vəziyyət.

Dünənki taksi qəzası da bir bəhanə oldu buna.

Biri deyir, "o taksi sürücüsünə kömək eləyən cındırdı!".

O biri deyir, "taksi sürücüsü cındırdı!".

Ümumiyyətlə, azərbaycanlılar ikiyə ayrılıb dalaşmaqdan kayf tuturlar. Bəli, məhz kayf tuturlar.

Hə, azərbaycanlılar fürsət axtarırlar ki, nəsə bir mövzu olsun, ikiyə bölünsünlər, başlasınlar mübahisə eləməyə, bir-birilələrini haqsız çıxartsınlar, kiminsə səhv olduğunu sübut etsinlər. Bundan ləzzət alır azərbaycanlılar.

Dünəndən baxıram, bir dənə qəza olub qəzadı da, hər cürü olur adamlar bunda da ikiyə bölünüb, mübahisə eləyirlər. Mübahisə nədi e, adamlar bir-birini təhqir edirlər bu qəzaya görə.

Bir dəstə deyir: "yazıq sürücü, gərək ona kömək eləyək".

O biri dəstə deyir: "cındır sürücü, dar ağacından asmaq lazımdır onu".

Ay dostlar, bu qəzadı da. Qəza... Bir qəzaya görə fikir ayrılığı necə yarana bilir sizdə?

Ümumiyyətlə, qəzaya aid fikir bildirmək ehtiyacı necə yaranır sizdə?

Niyə mübahisə edirsiniz ki?

Niyə bir-birinizi söyürsünüz?

Qəza baş verib, siz niyə biri-birinizi təhqir eləyirsiniz?

Kimə nə sübut eləyirsiniz?

Nə məcburdur axı?

Ölkədə hər gün onlarla qəza olur. Bundan qat-qat ağır. Burada tək fərqli olan şey maşının "uçmağı" idi. Yoxsa Bakıdan tutmuş ən ucqar kəndlərimizə kimi hər yerdə qəza olur, lap ağır, adamlar ölür.

Dəfələrlə demişəm, azərbaycanlılar maşın sürə bilmir.

Sürə bilmir də, ay qardaş. Sürə bilsələr, bapbalaca bir ölkədə gündə azı 3-4 adam ölməzdi yol qəzalarında.

Siz nəyin davasını eləyirsiniz?

Niyə bir-birinizi təhqir eləmək üçün fürsət axtarırsınız?

# 3871 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

18:16 26 fevral 2026
“Xocalı soyqırımı”  adlı elektron məlumat bazasının təqdimatı oldu

“Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı oldu

17:23 26 fevral 2026
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

16:20 26 fevral 2026
İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

16:15 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

15:10 26 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər