“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu

“Nəsillərin dialoqu”  adlı yeni layihə təqdim olundu
2 fevral 2026
# 18:00

Abonement konsertlər silsiləsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə “Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olunub.

Kulis.az xəbər verir ki, ilk dəfə təqdim edilən bu layihənin əsas ideyası müxtəlif nəsillərə mənsub ifaçıların yaradıcılıq ünsiyyətini səhnədə canlandırmaq, milli musiqi irsinin müasir interpretasiyalarını nümayiş etdirmək və ustad–şagird ənənəsinin davamlılığını musiqi dili vasitəsilə ifadə etməkdən ibarətdir.

Konsertdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında, milli musiqi düşüncəsinin qorunub inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Konsert proqramı Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, tələbəsi AMK-nın müəllimi, istedadlı tar ifaçısı İbrahim Babayev və onun tələbələrinin özünəməxsus çıxışları ilə yadda qalıb. Qeyd edək ki, İbrahim Babayevi pianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiət edib.

Proqramda bəstəkar əsərləri ilə yanaşı, xalq musiqi nümunələri, həmçinin İ.Babayevə məxsus muğam improvizasiyaları səsləndirilib. Konsertin xüsusi məqamlarından biri də İ.Babayevin və tələbələrinin birgə ifa etdikləri “Colors of Azerbaijan” adlı kompozisiya olub. Bu əsərdə tar alətində təqdim olunan canlı improvizasiyalar milli musiqinin çağdaş səhnə estetikası ilə sintezinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.

Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqi düşüncəsinə müasir yanaşma ruhunda keçən bu konsert proqramı dinləyicilərin gur alqışları ilə qarşılanaraq böyük maraq və rəğbətlə yekunlaşıb.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər