Müsabiqə qalibi olan iki animasiya filmi istehsalata buraxıldı

Müsabiqə qalibi olan iki animasiya filmi istehsalata buraxıldı
16 mart 2024
# 12:30

Rejissorlar Məsud Pəhahinin “Narqız” və Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” qısametrajlı animasiya filmləri istehsalata buraxılıb.

Kulis.az xəbər verir ki, ekran əsərləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə çəkiləcək.

Filmlər 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

Xatırladaq ki, ötən ilin iyulun 18-də Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan edib. Noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdə 3 animasiya layihəsi iştirak edib: “44 gün”, “Narqız” və “Kapitan və Xəzər dənizi”. Noyabrın 11-də müsabiqənin nəticələri elan olunub. “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya, “Narqız” qısametrajlı animasiya film layihələri müsabiqədə qalib olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib. Eyni zamanda, müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılıb.

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər