“MughaMix” adlı təqdimat-konserti keçirildi

“MughaMix”  adlı təqdimat-konserti keçirildi
24 dekabr 2025
# 10:52

Azərbaycan Milli Konservatoriyasının (AMK) Fikrət Əmirov adına böyük zalında konservatoriyanın müəllimi, Beynəlxalq müsabiqələr qalibi, gənclər mükafatçısı, tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib.

Kulis.az xəbər verir ki, layihə tar alətinin ənənəvi səs imkanlarının müasir elektron səslərlə sintezinə əsaslanaraq milli musiqi irsinin yeni təqdimat imkanlarını nümayiş etdirib.

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək layihənin milli musiqi ənənələrinin müasir dövrün bədii-estetik tələblərinə uyğun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Konsert proqramında fortepianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiətçi qismində çıxış ediblər.

Proqram müəllifin “MughaMix” kompozisiyası ilə açılıb. Ardınca Hacıbaba Həsənovun “Unuda bilmirəm” əsəri, Azərbaycan xalq rəqsi “Yaylıq”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında Lalə Cəfərovanın “Fantaziya"sı (solistin işləməsində) həmçinin İbrahim Babayevin “Portret” adlı əsəri səsləndirilib. Konsert çərçivəsində İbrahim Babayev və tələbələrinin təqdimatında tar və pedal üzərində canlı səhnə eksperimentləri də təqdim olunub.

Tədbirdə AMK-nın professor-müəllim və tələbə heyəti ilə yanaşı, incəsənət xadimləri və sənətsevərlər iştirak ediblər.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər