“Muğam” müsabiqəsinin finalı Şuşada keçiriləcək

“Muğam” müsabiqəsinin finalı Şuşada keçiriləcək
3 avqust 2022
# 17:40

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin Kulis.az-a verdiyi məlumata görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, 5-6 avqust tarixlərində saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

# 2086 dəfə oxunub

Oxşar xəbərlər

"Türk Edebiyatı" jurnalından Bəxtiyar Vahabzadənin 100 illiyinə töhfə

"Türk Edebiyatı" jurnalından Bəxtiyar Vahabzadənin 100 illiyinə töhfə

11:39 15 avqust 2025
Fələstin ilk dəfə "Kainat Gözəli" müsabiqəsində

Fələstin ilk dəfə "Kainat Gözəli" müsabiqəsində

11:34 15 avqust 2025
"Şair Moşu Göyəzənlinin uşaqlarının anası..." - Afaq Bəşirqızı-70

"Şair Moşu Göyəzənlinin uşaqlarının anası..." - Afaq Bəşirqızı-70

11:00 15 avqust 2025
Məşhur müğənni Rusiya vətəndaşlığından imtina etdi

Məşhur müğənni Rusiya vətəndaşlığından imtina etdi

10:46 15 avqust 2025
Tarixi roman janrının banisi - Onun  Şotlandiyaya bağlılığının səbəbi nə idi?

Tarixi roman janrının banisi - Onun Şotlandiyaya bağlılığının səbəbi nə idi?

10:40 15 avqust 2025
Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni  növ kəşf edildi

Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni növ kəşf edildi

10:09 15 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər