Muğam Mərkəzində konsert keçirildi

Muğam Mərkəzində konsert keçirildi
16 aprel 2022
# 13:00

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Musiqi palitrası” adlı konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, proqramda Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti İnarə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib. Sevilən vokal ifaçı pianoçu Roza Səlimova tərəfindən müşayiət olunub.

Konsertin adından da məlum olduğu kimi, əsrarəngiz musiqi palitrasında ifaçı bir-birindən maraqlı rəng çalarlarını təqdim edib.

Qeyd edək ki, İnarə Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları məharətlə ifa edir.

# 3269 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər