Moskvada “Şəhidlik əbədi zirvədir” kitabının təqdimatı olub

Moskvada “Şəhidlik əbədi zirvədir”  kitabının təqdimatı olub
28 oktyabr 2021
# 17:40

Rusiyadakı Azərbaycan diasporunun fəallarından biri, iqtisadiyyat elmləri namizədi, dosent Aybəniz Rüstəmovanın “Şəhidlik əbədi zirvədir” (“Stalo veçnoy slavoy qeroyskaya smert”) kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, kitabda 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar yer alıb. Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiyadakı Azərbaycan diasporunun, eləcə də iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, Rusiyanın fəxri vəkili İlqar Hacıyev qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad edib. Bu tarixi qələbəyə görə biz həm də şəhidlərimizə borcluyuq.

Kitabın hələlik yalnız birinci cildinin nəşr olunduğunu bildirən müəllifi A.Rüstəmova deyib: “Birinci cilddə Qarabağ uğrunda canından keçən şəhidlərimizdən 577-si haqqında məlumat yerləşdirilib. Bu kitabın növbəti cildlərində hissə-hissə üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat verəcəyik. Heç bir şəhidimizi unuda bilmərik. Ümumilikdə şəhidlərimizə həsr olunan beş cildlik kitab nəşr etməyi planlaşdırırıq”.

A.Rüstəmova vurğulayıb ki, harada yaşamağımızdan asılı olmayaraq, biz tariximizi, Qarabağ uğrunda şəhid olan soydaşlarımızı unutmamalı, onların adlarını gələcək nəsillər üçün əbədiləşdirməliyik.

Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən kitabın orijinal xatirə janrında yazıldığını bildirib: “Kitabda hər bir şəhid haqqında ətraflı məlumat yer alıb. Məhz bu səbəbdən kitab olduqca qiymətlidir. Müəllif kitabda Azərbaycanda Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdiyini qürurla ifadə edə bilib. Sözsüz ki, bu, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün görülən işlərin bəhrəsidir”

Tədbirdə çıxış edən Rusiyanın xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov və başqaları Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

# 953 dəfə oxunub

Oxşar xəbərlər

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda

17:55 18 sentyabr 2024
Şuşada güllələnmiş heykəllər ziyarət olunub

Şuşada güllələnmiş heykəllər ziyarət olunub

17:20 18 sentyabr 2024
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

16:25 18 sentyabr 2024
Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı

Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı

15:53 18 sentyabr 2024
Sənət adamları:  "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham

Sənət adamları: "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham

15:30 18 sentyabr 2024
Rəşad Məcid:  "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"

Rəşad Məcid: "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"

13:00 18 sentyabr 2024
# # #