Moskvada Müslüm Maqomayevi yad etdilər

Müslüm Maqomayev, Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti

Müslüm Maqomayev, Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti

22 oktyabr 2021
# 18:30

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər. Onlar Azərbaycan xalqının görkəmli övladı Müslüm Maqomayevə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, onun dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş edən nəhəng şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.

Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb./azertag.az/

# 3197 dəfə oxunub

Oxşar xəbərlər

Erdal Beşikçioğlu saxlanıldı

Erdal Beşikçioğlu saxlanıldı

12:00 30 iyul 2026
Motsartın musiqiçi bacısı - O, gündəliyində  qardaşı haqqında nə yazırdı?

Motsartın musiqiçi bacısı - O, gündəliyində qardaşı haqqında nə yazırdı?

11:30 30 iyul 2026
Oskar mükafatlı müğənni vəfat etdi

Oskar mükafatlı müğənni vəfat etdi

10:40 30 iyul 2026
"BTS" qrupu "Qremmi" mükafatından imtina etdi - Səbəb

"BTS" qrupu "Qremmi" mükafatından imtina etdi - Səbəb

10:00 30 iyul 2026
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə məxsusi təqdimat

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə məxsusi təqdimat

09:35 30 iyul 2026
Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

17:30 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər