Əməkdar mədəniyyət işçisi vəfat edib

Əməkdar mədəniyyət işçisi vəfat edib
20 iyul 2021
# 11:50

Əməkdar mədəniyyət işçisi Zemfira Babayeva dünyasını dəyişib.

Bu barədə Kulis.aza Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat veriblər.

Zemfira xanım uzun zaman idi ki, xəstə yatırdı.

O, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin köməkçisi idi.

Zemfira Babayeva 17 noyabr 1954-cü ildə Bakıda anadan olub.

Uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib və ömrünün axırına qədər də adı keçən ittifaqda çalışıb. Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu günləri (2001-ci il) , İsveçrə Kinosu günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və sd diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi və s. Zemfira babayevanın uğurlu layihələrindəndir.

Onu da qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışmış və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynamışdır.

Aramızdan vaxtsız ayrılan Zemfira Babayeva onu sevənlərin qəlbində daima yaşayacaq, gördüyü uğurlu layihələrlə xatırlanacaq.

Allah rəhmət eləsin.

# 4005 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər