Miniatür Kitab Muzeyinin yaranmasının 20 ili tamam olur

Miniatür Kitab Muzeyinin yaranmasının 20 ili tamam olur
23 aprel 2022
# 17:00

Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 20 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.

Kulis xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika "Kitab" cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.

Bu gün muzeydə 145 kvadratmetr sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 5800-dən çox minikitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayış etdirilir.

Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75x0,75 mm və 3-nün ölçüləri isə 2x2 mm təşkil edir. Eləcə də alman nəşriyyatlarının mikrokitablardan: 1-nin ölçüləri 2,0x2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5x3,5 mm (Münhen) olan kitablar hesab edilir.

2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilmişdir.

Qeyd edək ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.

Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.

Qeyd edək ki, Zərifə Salahova bu gün saat 11:00-dan 19:00-dək Miniatür Kitab Muzeyində ziyarətçilərlə görüşüb muzeyin fəaliyyəti ilə tanış edəcək və onları maraqlandıran sualları cavablandıracaq.

# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər