Milli Xalça Festivalı yekunlaşdı

Milli Xalça Festivalı yekunlaşdı
7 may 2024
# 13:30

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, festival çərçivəsində xalçaçılıq sənətini əks etdirən tədbirlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevə həsr olunan Rəşad Ələkbərovun “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” və Tahir İmanovun müəllifi olduğu “Heydər Əliyev 100” eksklüziv sərgiləri, həmçinin Rüfət İsmayılın müəllif xalçalarından ibarət sərgisi maraqla qarşılanıb.

Təşkil olunan digər tədbirlərə açıq səma altındakı xalça sərgiləri, on doqquzuncu əsrə aid qədim xalçaların nümayişi, 3D formatında toxunan “Bağçada meyvələr” sərgisi, “Gül xalçası” nümayişi, xalça toxuma sənəti ilə bağlı maarifləndirici seminarlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının da iştirak etdiyi uşaqlar üçün ustad dərsləri daxil olub.

“Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara dəzgah üzərində xalçatoxuma sənəti ilə bağlı dərslər təqdim edib.

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xalça Muzeyinin təqdimatı ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün “Sərhədsiz muzey” adlı inklüziv sərgi təşkil olunub. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə məktəblərinin əl işlərinin sərgisi uğurla nümayiş olunub.

Tədbir zamanı İçərişəhərin sakinləri və sahibkarları fəal iştirak edərək, ev və obyektlərin fasadlarını, eyvanlarını xalçalarla bəzəməklə festivala öz töhfələrini veriblər.

# 2011 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər