Kitab sərgisi

Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"

Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
7 mart 2024
# 11:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ənənəsinə sadiq olaraq, bu dəfə də 10 Mart – Milli Teatr Günü münasibəti ilə teatrsevərlərin görüşünə yeni tamaşa ilə gələcək. Həmin gün saat 12:00-da "İki küpəgirən qarı" (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların ixtiyarına veriləcək.

Kulis.az xəbər verir ki, həm ana dilimizdə, həm də rus dilində hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli məşhur nağıl personajları tamamilə fərqli təqdim olunur.

Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsetmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Rol bölgüsünə əsasən, səhnə əsərində Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Rauf Babayev, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.
Premyeraya biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Qeyd edək ki, tamaşa 31 mart saat 12:00-da bir daha nümayiş olunacaq.

# 1426 dəfə oxunub

Oxşar xəbərlər

“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

18:01 3 oktyabr 2025
Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

15:18 3 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər