Milli Qəhrəman Hökumə Əliyevaya həsr edilən film avqustda təqdim ediləcək

Milli Qəhrəman Hökumə Əliyevaya həsr edilən film avqustda  təqdim ediləcək
10 iyul 2025
# 18:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş "Hökümə - kədərim mənim" adlı sənədli filmi avqustda təqdim olunacaq.

Kulis.az xəbər verir ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinator Əli İsa Cabbarovdur.

Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü ilin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərin 38-i həlak olub. Həlak olanlardan üçü təyyarənin ekipaj üzvləri, - kapitan İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaniniv və baş stüardessa Hökümə Əliyeva olub.

Qeyd edək ki, hər üç ekipaj üzvü ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

# 1706 dəfə oxunub

Oxşar xəbərlər

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

14:17 25 noyabr 2026
Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

13:46 25 noyabr 2026
“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər