Milli Kitabxanada sərgi açıldı

Milli Kitabxanada sərgi açıldı
24 iyun 2025
# 14:02

Milli Kitabxanada “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkobiznes haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparılmasından bəhs edən ədəbiyyatlar, “Psixoaktiv maddələrdən istifadənin risk amilləri", "Asılı davranışın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri", "Yeniyetmələrdə psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri", "Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri", Azərbaycanda yayılmış psixoaktiv maddələr və onların sağlamlığa zərərli təsiri və s. mövzularda məlumat - təbliğat xarakterli kitablar nümayiş olunur.

# 1194 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

16:10 24 avqust 2026
Niderland "Avroviziya"da iştirak etməyəcək

Niderland "Avroviziya"da iştirak etməyəcək

15:20 24 avqust 2026
Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

14:50 24 avqust 2026
Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

14:00 24 avqust 2026
17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

13:30 24 avqust 2026
Sülhün mənası - Paulo Koelyonun pritçası

Sülhün mənası - Paulo Koelyonun pritçası

12:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər