Milli Kitabxanada Əli bəy Hüseynzadəyə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Əli bəy Hüseynzadəyə həsr olunan kitab sərgisi açıldı
24 fevral 2024
# 11:00

Fevralın 23-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərginin açılışında mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova, XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış şəxsiyyətlərin Əli bəy Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirərək, onu “Qafqaz müsəlmanlarının atası” adlandırdıqlarını qeyd edib. Əli bəyin Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin maarifçilik ideyasını davam etdirdiyini və həyat qəzetində çalışarkən türkçülük haqqında geniş məqalələr dərc etdiyini diqqətə çatdıran Ə.İsmayılova, Ə.Hüseynzadənin ideyalarının daim müasir olduğunu və bugünkü günümüzlə də səsləşdiyini söyləyib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Əli bəy Hüseynzadənin Azərbaycan və bütövlükdə Türk dünyasının milli özünüdərkində, Türk dünyasının formalaşmasında müstəsna xidməti olan şəxsiyyət kimi xarakterizə edib. Əlavə edib ki, Əli bəy Hüseynzadə zamanın böyük düşüncə adamı olub, Avropa fəlsəfəsinin doğurduğu modernləşmə ideyalarını birləşdirərək, XX əsrin əvvəllərində Azərbaycan və türkçülük ideologiyasının bünövrəsini qoyub.

Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin müasir modern rəssamlığının banisi olduğunu deyib.

Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli çıxışında Əli bəy Hüseynzadənin “Füyuzat” məcmuəsində çap etdirdiyi ədəbi-bədii, elmi məqalələrindən danışıb. O, Əli bəy Hüseynzadənin böyük siyasətçi, jurnalist, ideoloq, filosof olmaqla yanaşı, rus, Avropa, alman və türk ədəbiyyatını mükəmməl bilən şair, tərcüməçi, həm də həkim olduğunu bildirib, ədibin zəngin, çoxcəhətli fəaliyyətindən geniş bəhs edib.

Nizami adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova Əli bəy Hüseynzadənin publisistikasından danışıb.

Əlyazmalar İnstitutunun "Şəxsi arxivlərin tədqiqi" şöbəsinin böyük elmi işçisi Aytən İmanova Əli bəy Hüseynzadənin siyasi fəaliyyətinə toxunub, onun İstanbul Tələbə Cəmiyyətinə Avropa ədəbiyyatını tanıtmağından bəhs edib.

Sonda Milli Kitabxananın hazırladığı “Böyük maarifçi Əli bəy Hüseynzadə” adlı virtual sərginin təqdimatı və “Əli bəy Hüseynzadə -160” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub.

# 986 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər