Mikayıl Mirzənin oğluna yeni vəzifə verildi

Mikayıl Mirzənin oğluna yeni vəzifə verildi
3 fevral 2025
# 13:13

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub.

Kulis.az xəbər verir ki, Mətin Mirzə bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir vəzifəsində işə başlayıb.

Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib. O, bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olmuş Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən əməkdaş kimi yadda qalıb. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə Vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarəsində fəaliyyətini davam etdirib.

2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb. Beş il Azərbaycanın Çindəki səfirliyində çalışandan sonra yenidən Azərbaycana qayıdan diplomat XİN sistemində xidmətini davam etdirib.

Qeyd edək ki, Azərbaycan ilə İran arasında yaranmış gərginlik səbəbindən Tehrandakı səfirliyimiz bir müddət fəaliyyətinə ara vermişdi. Belə ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum ediləndən iki gün diplomatlarımız Tehrandan Bakıya evakuasiya olunmuş və diplomatik korpusun fəaliyyəti dayandırılmışdı.

İki ölkə arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir Əli Əliyev və səfirliyin heyəti İrana geri dönüb.

modern.az

# 2476 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər