Mətbuat Şurası "Kulis"i təbrik etdi

Mətbuat Şurası "Kulis"i təbrik etdi
4 aprel 2026
# 12:36

Mətbuat Şurası "Kulis"i təbrik edib.

Bu gün fəaliyyəti ilə Azərbaycanın media məkanının mühüm mədəniyyət hadisəsinə çevrilən Kulis.az portalının 15 yaşı tamam olur.

"APA Group"un uğurlu layihəsi olan Kulis.az ötən müddətdəki gördüyü işlərlə, reallaşdırdığı çoxsaylı təşəbbüslərlə ziyalı tribunası statusunu qazandı. Həmçinin, mövzu və janr rəngarəngliyi, təkcə ölkəmizin deyil, dünyanın ədəbi-bədii mühitinin təbliği, bu sahənin yeniliklərinin işıqlandırılmasındakı liderlik və daimi axtarışlar Kulis.az-a rəğbət formalaşdırdı. Ötən 15 ilin ən böyük mükafatı budur.

Azərbaycan Mətbuat Şurası Kulis.az-ın zəhmətkeş kollektivinə, media orqanı ilə əməkdaşlıq edən hər bir qələm sahibinə və bütövlükdə "APA Group" ailəsinə təbriklərini çatdırmaqdan məmnunluq duyur, onlara bol yaradıcılıq uğurları arzulayır.

# 1487 dəfə oxunub

Oxşar xəbərlər

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

10:31 25 noyabr 2026
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

09:52 25 noyabr 2026
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

09:34 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər