Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər
25 avqust 2026
# 17:00

Məşhur amerikalı repçi Kanye Uestin konserti elan edildikdən cəmi bir həftə sonra ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kulis.az xəbər verir ki, konsert 2022-ci ildən bəri Rusiyada nəzərdə tutulan ilk böyük Qərb sənətçisi tədbiri olacaqdı.

Sənətçinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Gazprom Arena"da keçirilməsi planlaşdırılan şouları üçün biletlər anında tükənsə də, stadion rəhbərliyi heç bir icarə müqaviləsinin imzalanmadığını və tədbirə ev sahibliyi etməyəcəklərini açıqlayıb.

Konsertin təşkilatçısı isə arena ilə ilkin razılığın olduğunu iddia edərək tədbirin baş tutacağını müdafiə edir.

Məlumata görə, konsertlərin ləğv edilməsi Moskvadan gələn siyasi təzyiqlərlə bağlıdır.

Şəhərin "Fontanka" qəzeti tədbirin lazımi icazələri ala bilmədiyini və dayandırıldığını bildirib.

Rusiyanın mühafizəkar deputatı Vitali Milonov kimi siyasətçilər repçinin Qərb təsirinə qarşı çıxaraq, onun yalnız ənənəvi rus mahnıları oxuyacağı təqdirdə səhnəyə çıxmasına tərəfdar olduqlarını deyiblər.

Qalmaqallı antisemitik bəyanatları və nasist simvolikalarından istifadə etdiyi üçün böyük brendlərin əməkdaşlığı dayandırdığı Kanye Uest, bu ilin əvvəlində "Wall Street Journal"da dərc etdiyi üzrxahlıq elanında həmin davranışlarını psixotik tutmalarla əlaqələndirmişdi.

Buna baxmayaraq, sənətçinin Avropadakı bir çox konsertləri də analoji səbəblərdən ləğv edilib.

# 894 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər