Məşhur multi instrumentalist vəfat etdi

Məşhur multi instrumentalist vəfat etdi
4 iyul 2023
# 18:46

İngilis multi instrumentalist, bəstəkar, müğənni, yazıçı Mo Foster 79 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, musiqiçinin ölüm səbəbi hələ açıqlanmayıb.

22 dekabr 1944-cü ildə Vulverhemptonda anadan olub. Yarım əsrdən çox davam edən karyerası ərzində Foster, Ceff Beck, Gil Evans, Phil Collins, Ringo Starr, Joan Armatrading, Gerry Rafferty, Brian May, Scott Walker, ABBA-dan Frieda, Cliff Richard da daxil olmaqla onlarla sənətçi ilə qastrol səfərində çıxışlar edib.

O, öz adı ilə bir neçə albom buraxıb. Britaniya rok gitarasının tarixi haqqında yumoristik kitab və musiqi nəşrləri üçün çoxsaylı məqalələr yazıb.

2014-cü ildə Foster Britaniya mahnı müəllifi və bəstəkar cəmiyyətinə ömür boyu verdiyi töhfəyə görə BASCA Qızıl Nişanı mükafatına layiq görülüb.

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər